SOCAR-ın neft hasilatı 5 faizdən çox azalıb


Ötən il Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 7 milyon 98,7 min ton neft, 7 milyard 823,4 milyon kubmetr qaz hasil edib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlki illə müqayisədə SOCAR-ın neft hasilatı 386,9 min ton və ya 5,2% azalıb, qaz hasilatı isə 105,2 milyon kubmetr və ya 1,4% artıb. 
Qeyd edək ki, 2024-cü ildə SOCAR tərəfindən 7 milyon 485,6 min ton neft, 7 milyard 718,1 milyon kubmetr qaz hasil olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top