
2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və "Mərkəzi-Şərqi Azəri" platformalarından birlikdə 120 milyon barel (16 milyon ton) və ya gündə orta hesabla 330 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2024-cü ildəki analoji rəqəmlərlə müqayisədə ötən il neft hasilatı 5% və ya 5 milyon barel az olub.
Məlumat üçün onu da qeyd edək ki, 2024-cü ildə 125 milyon barel neft hasil edilib və bu da 2023-cü illə müqayisədə 6% və ya 8 milyon barel az olub.
2025-cü ildə AÇG-də ümumilikdə 147 neft hasilat quyusu və 59 qaz və su injektor quyusu istismarda olub.
Son 14 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz