Orban Zelenskinin Aİ-dən istəyinə belə reaksiya verdi: “Siz səhv yoldasınız...”


Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqaviləsi layihəsində Ukraynanın Avropa İttifaqına (AB) üzv olması üçün konkret tarixə ehtiyac olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında qeyd edib.
Zelenski bildirib ki, əgər o və Avropa tərəfindən imzalanan razılaşmada tarix olmasa, əks halda Rusiya Kiyevin üzvlük prosesini bloklayacaq.
“Hətta öz əli ilə deyil, Avropadakı bəzi nümayəndələrinin əli ilə. Biz artıq belə vəziyyətlərin şahidi olmuşuq”, - deyə o bildirib.
Macarıstanın Baş naziri Viktor Orban isə Zelenskinin bu sözlərinə reaksiya verib. O, “X” sosial şəbəkə hesabında Zelenskiyə ölkənin Avropa İttifaqına (Aİ) üzv olma şərtlərini kimin diktə etdiyini xatırladıb.
“Siz səhv yoldasınız. Aİ-yə üzvlük xidmətə əsaslanan bir prosesdir. Şərtləri namizəd ölkələr deyil, üzv dövlətlər müəyyən edir”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top