Bu müəssisələrdə yaşayanlara hər gün 10 manatlıq yemək veriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən açıq tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin, sığınacaq və sosial reabilitasiya müəssisəsinin, eləcə də sosial adaptasiya mərkəzinin sakinlərini hazır yeməklə təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 2 409 nəfəri hazır yeməklə təmin edəcək və qarşılığında 9 milyon 179 min 336 manat 82 qəpik alacaq.
Qeyd edək ki, müqavilənin hansı müddəti əhatə etdiyi açıqlanmayıb. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, bu cür müqavilələr bir il müddətinə bağlanır. Belə olduğu halda, bu müəssisələrdə yaşayan bir nəfərin bir günlük yemək xərci təxminən 10,4 manat təşkil edəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top