“Forbes” ABŞ-nin ən yaxşı sahibkar innovatorlarının reytinqini açıqladı


“Forbes” jurnalı ABŞ-nin ən yaxşı sahibkar innovatorlarının reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, amerikalı sahibkarlar İlon Mask, Ceff Bezos və Bill Qeyts ən yaxşı 250 amerikalı innovator siyahısında ilk üç yeri tutublar.
Reytinqdə İlon Mask tarixdə müxtəlif sahələrdə beş milyard dollarlıq şirkət quran ilk şəxs kimi təqdim edilib. Ceff Bezos isə Amerika pərakəndə satış sənayesində inqilab edən ilk şəxs kimi xarakterizə olunub. Bill Geyts isə personal kompüter və proqram təminatı sahəsində inqilab edən ilk şəxs kimi fərqləndirilib.
Jurnalın ən yaxşı sahibkar innovatorlar siyahısına həmçinin “Ulduz müharibələri”nin (“Star Wars”) rejissoru Corc Lukas, “Nvidia” şirkətinin baş direktoru Censen Huanq, “OpenAI” şirkətinin baş direktoru Sem Altman, “Nike” geyim şirkətinin həmtəsisçisi Fil Nayt və digər tanınmış sahibkar innovatorları daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top