
ABŞ İran yaxınlığında əlavə hərbi qüvvələr toplayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Tramp hesab edir ki, İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ Tehranla daha əlverişli bir razılaşma əldə edə bilər, lakin bu məsələ ilə bağlı qərar İran hakimiyyətinin səlahiyyətindədir.
Qeyd edək ki, fevralın 6-da İran və ABŞ arasında Omanın paytaxtı Maskat şəhərində İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bu görüş 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsinin kəskinləşməsindən sonra uzun fasilədən sonra ilk görüş olub. Həmin vaxta qədər İran və ABŞ arasında beş raund məsləhətləşmələr keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz