
Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency International”) 2025-ci il üçün “Korrupsiya Qavrama İndeksi-2025” adlı hesabatını açıqlayıb.
Yeniavaz.com Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabata istinadən bildirir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 30 balla 181 ölkə arasında 130-cu sırada yer alıb.
Məlumat üçün bildirək ki, hesabat 0–100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb. 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
Qeyd edək ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.
2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu;
2016-cı ildə 30 balla 176 ölkə arasında 123-cü;
2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci;
2018-ci ildə 25 balla 180 ölkə arasında 152-ci;
2019-cu ildə 30 balla 180 ölkə arasında 126-cı;
2020-ci ildə 30 balla 180 ölkə arasında 129-cu;
2021-ci ildə 30 balla 180 ölkə arasında 128-ci;
2022-ci ildə 30 balla 180 ölkə arasında 157-ci;
2023-cü ildə 23 balla 180 ölkə arasında 154-cü;
2024-cü ildə 22 balla 180 ölkə arasında 154-cü;
2025-ci ildə isə 30 balla 181 ölkə arasında 130-cu sırada yer alıb.
Azərbaycanın sonuncu hesabatda mövqeyi əvvəlki illə müqayisədə 24 pillə yaxşılaşıb.
Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstan ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 42-ci sırada qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələri korrupsiya səviyyəsinə görə belə sıralanıblar:
Estoniya – 13-cü yer (76 bal);
Litva – 28-ci yer (65 bal);
Latviya – 38-ci yer (60 bal);
Gürcüstan – 57-ci yer (50 bal);
Ermənistan – 65-ci yer (46 bal);
Moldova – 80-ci yer (42 bal);
Qazaxıstan – 97-ci yer (38 bal);
Ukrayna – 106-cı yer (36 bal);
Belarus – 124-cü yer (31 bal);
Türkiyə – 128-ci yer (31 bal);
Özbəkistan – 129-cu yer (31 bal);
Azərbaycan – 130-cu yer (30 bal);
Qırğızıstan – 145-ci yer (26 bal);
İran – 155-ci yer (23 bal);
Rusiya – 159-cu yer (22 bal);
Tacikistan – 166-cı yer (19 bal);
Türkmənistan – 168-ci yer (17 bal).
Son bir ildə keçmiş SSRİ və region ölkələri arasında sıralamadakı mövqeyini ən çox yaxşılaşdıran Azərbaycan olub. Qeyd etdiyimiz kimi, Azərbaycan əvvəlki illə müqayisədə 24 pillə irəliləyib. Azərbaycandan sonra Litvanın mövqeyi 5 pillə, Qırğızıstanın mövqeyi isə 2 pillə yaxşılaşıb. Estoniya, Ukrayna və Latviyanın mövqeyi son bir ildə dəyişməz qalıb. Digər ölkələrin mövqeyi isə belə geriləyib: Türkiyə 15 pillə, Belarus 10 pillə, Qazaxıstan 9 pillə, Gürcüstan 3 pillə, Özbəkistan 3 pillə, İran, Rusiya, Tacikistan, Ermənistan və Moldovanın hər biri 2 pillə, Türkmənistan isə 1 pillə.
Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka (89 bal), Finlandiya (87 bal), Sinqapur (84 bal) və Yeni Zelandiya (81 bal) hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Norveç, İsveç, İsveçrə, Lüksemburq, Niderland və Almaniya tamamlayır.
Ən pis vəziyyət isə Cənubi Sudan, Somali, Venesuela, Yəmən, Liviya, Eritreya, Sudan, Nikaraqua, Suriya və Şimali Koreyada qeydə alınıb.
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz