Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində təqsirli bilindi


Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində təqsirli bilinib.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.
Məhkəmənin münsiflər heyəti Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu 2001 və 2010-cu illərdə Yekaterinburqda törədilmiş qətl və sui-qəsd cəhdinin təşkilində təqsirli bilib.
Müstəntiqlər təqsirləndirilən şəxslərin 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova sui-qəsd cəhdində iştirak etdiyini hesab edirlər.
Müstəntiqlər həmçinin, hesab edirlər ki, onlar cinayətləri biznesdə təsir dairələrini bölüşdürmək üçün törədiblər.
Qeyd edək ki, cinayət işi 2025-ci ilin yayında açılıb. Şıxlinski ilə yanaşı, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovlar və Şücayəddin Rəcəbov da məhkəmə qarşısına çıxarılıb. Onların məhkəməsi prokurorluğun tələbi ilə qapalı keçirilib.
Məhkəməyə sədrlik edən hakimin tezliklə hökm çıxaracağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top