“Dawson's Creek”in ulduzu 48 yaşında vəfat etdi


ABŞ-da yeniyetmələr üçün çəkilmiş “Dawson's Creek” serialının baş rol ifaçısı, məşhur aktyor Ceyms Van Der Beek 48 yaşında dünyasını dəyişib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
“Sevimlimiz Ceyms Devid Van Der Beek bu səhər dinc şəkildə vəfat edib. O, son günlərini cəsarət, iman və lütflə qarşılayıb”, - deyə ailədən bildirilib.
Qeyd olunur ki, aktyor 3 ildir ki, bağırsaq xərçəngindən əziyyət çəkirdi.
Altı uşaq atası Beek 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində bir çox məşhur şou və filmlərdə, o cümlədən kult klassikası olan “Dawson's Creek” və “Varsity Blues”də rol alıb.

DİGƏR XƏBƏRLƏR

Top