
Türkiyədə saxlanılan sabiq millət vəkili və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin hazırda Azərbaycanda olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
“Gültəkin xanım Azərbaycanda və azadlıqda”, - deyə o bildirib.
Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı. O İstanbul şəhərində, Arnavutköy Deportasiya Mərkəzində saxlanılırdı. Bu müddətdə onun Türkiyədən deportasiya edilməsi barədə qərar çıxarılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz