
Rusiyada internet istifadəçiləri arasında fizik Albert Eynşteyn haqqında axtarışların sayı bir neçə dəfədən çox artıb.
Yeniavaz.com “Fontanka” nəşrinə istinadla xəbər verir ki, buna səbəb istifadəçilərin fizik Albert Eynşteyni maliyyəçi Ceffri Epşteynlə səhv salmaları olub.
“Google Trends” statistikasında dərc olunan məlumatlara görə, ruslar internetdə daha çox “Ceffri Eynşteyn kimdir?” və “Eynşteyn Adası” sözlərini axtarıblar.
“Epşteyn işi” ilə bağlı yeni sənədlərin internetdə yayılmasından sonra axtarışların sayı daha da artıb.
Tətbiqimizi yükləyə bilərsiniz