“Nyukasl”dan Ramazan ayı və Şəhidlər Xiyabanı ilə bağlı azarkeşlərə müracət


İngiltərənin “Nyukasl Yunayted” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyun ərfəsində azarkeşlərinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında öz əksini tapıb.
Müraciətdə azarkeşlər üçün təhlükəsizlik tədbirləri və davranış qaydaları ilə bağlı vacib məlumatlar təqdim edilib.
Xüsusilə, Ramazan ayına və Şəhidlər xiyabanına hörmətlə yanaşmağın vacib olduğu bildirilib.
“Ramazan ayı 17 fevral axşamdan, orus isə 18 fevral sübh tezdən başlayacaq. Xahiş edirik, yerli əhaliyə və mədəniyyətə hörmətlə yanaşın. Xüsusilə tarixi əhəmiyyətli yerlər və abidələr ətrafında davranışlarınıza diqqət yetirmək vacibdir. Şəhidlər Xiyabanı xüsusilə həssas bir ərazidir və sizdən xahiş edirik ki, bu cür ərazilərdə və ya onların ətrafında hörmətsizlik etməyin, çünki bu, polis tədbirlərinə səbəb ola bilər”, - müracitədə qeyd edilib.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı 18 fevral saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top