
Fransanın “Marsel” klubu italiyalı məşqçi Roberto De Zerbini istefaya göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Məlumata görə, klub rəhbərliyi italiyalı məşqçi ilə tərəfdaşlığına vaxtından əvvəl son qoyub.
Klub rəhbərliyi bu barədə “Marsel”in Fransa “Liqa 1”nin 21-ci turunda PSJ-yə 5:0 hesablı məğlubiyyətindən sonra qərar verib.
Qeyd edək ki, Roberto De Zerbi 2024/25 mövsümünün əvvəlində “Marsel”ə baş məşqçi təyin edilib. O, klubu Fransa çempionatında ikinci yerə çıxarıb. Lakin cari mövsüm komanda üçün o qədər də ürəkaçan olmayıb: 21 “Liqa 1” oyunundan sonra Provansal komandası 39 xalla turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. De Zerbinin Çempionlar Liqası mövsümü daha da məyusedici olub: “Marsel” qrup mərhələsini ümumilikdə 25-ci yerdə başa vurub və pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz