
Vaşinqton növbəti sülh danışıqlarını gələn həftə ABŞ-də keçirməyi təklif edib.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, yeni raund 17 və ya 18 fevralda baş tuta bilər.
Ukrayna Prezidenti bu danışıqlarda əsas diqqətin ərazi məsələsinə yetiriləcəyini bildirib.
“Lakin Rusiyanın görüşdə iştirak etməyə razılıq verib-verməyəcəyi hələlik məlum deyil”, - Zelenski əlavə edib.
Qeyd edək ki, ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. Üçtərəfli danışıqların ikinci mərhələsi isə 4-5 fevral tarixlərində eyni yerdə keçirlib.
Danışıqlardan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskva və Kiyevin 314 hərbi əsir mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb.
O, Rusiya və Ukrayna nümayəndə heyətlərinin qarşıdakı həftələrdə münaqişənin həlli ilə bağlı məsləhətləşmələri davam etdirmək niyyətində olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz