
Rusiya 19 fevrala keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etməyi planlaşdırmır.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi hələ də Şuranın mövzusu üzərində işləyir.
“Kremldən heç kim Şuranın iclasında iştirak etməyi planlaşdırmır. Rusiya Xarici İşlər Nazirliyi hələ də Şuranın mövzusu üzərində işləyir”, Kremlin rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasının ilk iclası fevralın 19-da nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz