
Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 405,9 milyon manatlıq investisiya yönəldilib.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yatırılan investisiyalar 75,6% artıb.
Açıqlanan rəsmi məlumata görə, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 78,3%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 73,9% artıb.
Eyni zamanda istifadə olunan investisiyaların 758,6 milyon manatı və ya 54%-i məhsul istehsalı sahələrinə, 551 milyon manatı və ya 39,2%-i xidmət sahələrinə, 96,3 milyon manatı və ya 6,8%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyaların 1 milyard 4 milyon manatını və ya 71,4%-ini daxili investisiyalar təşkil edib. Bunun 577,2 milyon manatı və ya 41,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz