
“Ərəb, türkmən, kürd və ya ələvi olmasından asılı olmayaraq, Suriyada hətta bir can itkisi özümüzün bir hissəsini itirmək deməkdir”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın iclasında deyib.
Ölkə başçısı qeyd edib ki, Suriyada davamlı sülh və sabitlik üçün yol xəritəsi müəyyən edilib:
“Tərəflər bunu anlamalı və səhv hesablamalar aparmaqdan çəkinməlidirlər. Keçmiş səhvləri təkrarlamamalıdırlar. Prosesi maksimalist tələblərlə zəhərləməməlidirlər. Zorakılığın daha çox zorakılığa səbəb olduğunu unutmamaq lazımdır. Bunu bu gün bütün səmimiyyətimlə açıq bildirirəm. Suriyanın ehtiyatlarının, yeraltı və yerüstü sərvətlərinin tunel tikməyə, şəhərlərin altında tunel qazmağa deyil, Suriya xalqının bütün təbəqələrinin rifahına xərclənməsinin vaxtı gəlib çatıb”.
Ərdoğan qeyd edib ki, Suriya Prezidenti Əhməd əl-Şaraanın ölkəsini mümkün qədər tez ayağa qaldırmaq üçün səmimi səylərinin ən yaxın şahididir:
“Həmçinin müşahidə edirik ki, son əməliyyatlar nəticəsində işğaldan azad edilmiş ərazilərdə həm xoşməramlılıq, həm də yeni administrasiyaya böyük ümidlər var. Ümid edirik ki, bu yeni çiçəklənən ümidlər yenidən sərt qışa çevrilməyəcək. Ən əsası...Türkiyə buna icazə verməyəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz