Kreml Vensin Bakıya səfərinə münasibət bildirib


“Azərbaycan və Ermənistan suveren dövlətlərdir, buna görə də onlar ABŞ də daxil olmaqla istənilən ölkə ilə münasibətlər qurmaq hüququna malikdirlər”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu keçirilən brifinqdə ABŞ vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfərini şərh edərkən deyib.
O bildirib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla demək olar ki, hər sahədə faydalı əməkdaşlıq edir.
Kremlin sözçüsü Moskvanın bu əməkdaşlığı davam etdirmək niyyətində olduğunu söyləyib:
“Həm Bakı, həm də İrəvanda geniş ikitərəfli münasibətlərimiz var və bu, mümkün olan hər bir sahəni əhatə edir. Buraya qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya və mədəni əlaqələr daxildir”.

DİGƏR XƏBƏRLƏR

Top