
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yeniləyib.
Yeniavaz.com xəbər verir ki, “Qarabağ” yeni reytinqdə 9 pillə irıliləyib.
Nəticədə, Ağdam təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb.
Azərbaycanın digər klubları – “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu pillədən 418-ə, “Araz-Naxçıvan” isə (59 xal) 456-dan 486-cı pilləyə geriləyib.
Qeyd edək ki, siyahıda ümumilikdə 502 klub yer alıb. Dünya reytinqinə 595 xalla Fransanın PSJ klubu başçılıq edir.
Tətbiqimizi yükləyə bilərsiniz