Kanadada məktəbdə silahlı insident − 10 nəfər öldü


Kanadanın qərbindəki Tambler Ric şəhərindəki orta məktəbdə silahlı insident baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kanada polisi məlumat yayıb.
Bildirilib ki, insidenti törədən də daxil olmaqla on nəfər həlak olub. Yeddi nəfər məktəbin içərisində, iki nəfər hadisə ilə əlaqəli olduğu güman edilən evdə, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Polis qeyd edib ki, ən azı iki nəfər ağır və ya həyati təhlükə yaradan xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 25 nəfər həyati təhlükəsi olmayan xəsarətlərlə müalicə olunur.
Məlumata görə, şübhəli bilinən qadın intihar edib.

DİGƏR XƏBƏRLƏR

Top