Tramp 2006-da Epşteynlə bağlı polisə zəng edib?


ABŞ-nin Florida ştatının keçmiş polis rəisi hazırkı prezident Donald Trampın ona 2006-cı ildə zəng edərək, Ceffri Epşteynin davranışından hamının xəbərdar olduğunu dediyini iddia edib.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Federal Təhlükəsizlik Bürosu (FTB) sənədində məlumat var.
Sənəd, 2019-cu ildə Palm Biçin polis rəisi ilə FTB müsahibəsinin yazılı transkriptidir. Rəis iddia edir ki, nazirlik 2006-cı ildə Epşteynlə bağlı araşdırma başlatdıqdan sonra Tramp ona zəng edib və “Allaha şükür ki, onu dayandırırsınız. Hamı onun nə etdiyini bilir” deyib.
Məmurun adı gizli saxlanılır, lakin sənəddə göstərilir ki, müsahibə verən şəxs Epşteyn istintaqı başlayanda Palm Biçin polis rəisi olub. Müsahibə verən keçmiş rəis Maykl Rayter “Miami Herald”a faktı təsdiqləyib.
Dərc olunmuş FTB müsahibəsinin xülasəsinə görə, Rayter iddia edir ki, Tramp 2006-cı ilin iyul ayında telefon danışığında ona Epşteyni Mar-a-Laqodakı klubundan qovduğunu deyib və bildirib ki Nyu-Yorkdakı insanlar onun iyrənc olduğunu bilirdilər. Rəis həmçinin iddia edir ki, Tramp ona Gisleyn Maksvelin Epsteynin “əməliyyatçısı” olduğunu deyib və bildirib ki, o canidir, ona diqqət yetirmək lazımdır. Rayter həmçinin FTB-yə bildirib ki, Tramp yeniyetmələrlə birlikdə olan Epşteynin yanında olduğunu və “dərhal oranı tərk etdiyini” deyib.
Ədliyyə Nazirliyinin sözçüsü məsələ ilə bağlı açıqlama verib:
“Prezidentin 20 il əvvəl hüquq-mühafizə orqanları ilə əlaqə saxladığına dair heç bir təsdiqləyici dəlildən xəbərimiz yoxdur”.
BBC-nin məlumatına görə, ABŞ lideri daim Epşteynin cinayətlərindən xəbərsiz olduğunu iddia edib. Lakin iddia edilən zəng, Trampın nəyi və nə vaxt bildiyi ilə bağlı əlavə suallar doğuracaq.
2019-cu ildə Epşteyn federal agentlər tərəfindən cinsi istismara görə həbs edildikdə, jurnalistlər Trampdan rüsvay edilmiş maliyyəçi ilə bağlı hər hansı bir şübhəsi olub-olmadığını soruşublar.
“Xeyr, mənim heç bir məlumatım yox idi. Heç bir fikrim yox idi. Onunla uzun illər danışmamışdım”, - Tramp bildirib.

DİGƏR XƏBƏRLƏR

Top