
ABŞ təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
“Nəriman komandamıza başqa bir ölçü qatacaq fərqli bir bacarıq gətirir. Onun texniki bacarıqları, iş tempi ilə birlikdə oyun tərzimizə uyğunlaşacaq. Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyələrində və milli komandasında dəyərli təcrübə qazanıb. Onu “Columbus”da görmək üçün həyəcanlıyıq və onun inkişafını klubumuzda görməyi səbirsizliklə gözləyirik”, - klubun baş meneceri İssa Tall bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz