
“Hotel California” hiti ilə tanınan “Eagles” rok qrupu vida turu və karyerasını bitirəcəyini elan edib.
Yeniavaz.com xəbər verir ki, qrup bu barədə rəsmi saytında məlumat verib.
“Uzun səyahətimiz xəyal etdiyimizdən daha uzun çəkdi. Amma hər şeyin öz vaxtı var və dairəni tamamlamaq vaxtıdır”, - məlumatda bildirilib.
Onlar turun hələ planlaşdırma mərhələsində olduğunu vurğulayıblar. Tur “Uzun vida” adlanacaq. Musiqiçilər bütün pərəstişkarlarına bu son turda şoularını görmək və eşitmək imkanı vermək istədiklərini bildiriblər.
Qeyd edək ki, bu il qrup 52-ci ildönümünü qeyd edir. Onlar 1980-ci ildə dağıldılar, lakin 1994-cü ildə yenidən birləşdilər. Rok qrupu 65 milyondan çox albom satıb. 2019-cu ildə “Forbes” jurnalı qrupu tarixin ən çox qazanan qruplarından biri adlandırıb. Onların həmçinin çoxsaylı mükafatları var, o cümlədən 1978-ci ildə hit sinqlı olan “Hotel California” üçün “İlin səsyazması” nominasiyasında Qremmi mükafatı qazanıblar.
Tətbiqimizi yükləyə bilərsiniz