
“Çikaqo Fayr” klubu “Barselona”nın 37 yaşlı hücumçusu Robert Levandovskini MLS klubuna keçməyə razı salmağa çalışır.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Amerika komandası polşalı hücumçuya çox yüksək maaşla iki illik müqavilə təklif edir.
Mənbənin məlumatına görə, Levandovski hələlik “Çikaqo Fayr”ın təklifini qəbul etməyib. Çünki onunla Avropa və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
Qeyd edək ki, bu mövsüm Levadovski bütün yarışlarda 28 oyunda meydana çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalındakı məlumata görə, onun transfer qiyməti 9 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz