Xamenei 2108 məhkumu əfv etdi


İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş 2108 məhkumu əfv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Xamenei ümumi və inqilab məhkəmələri, silahlı qüvvələr məhkəmələri, həmçinin, dövlət cəzaçəkmə müəssisələri tərəfindən məhkum edilmiş şəxslərin əfv edilməsinə, cəzalarının azaldılmasına və ya yüngülləşdirilməsinə dair Ali Məhkəmə sədri Qulamrza Möhsəni Ejeinin müraciətini təsdiqləyib.
Agentliyin məlumatına görə, Ejei Şaban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə Xameneiyə məktub ünvanlayaraq, bəzi məhkumların əfv olunmasını və cəzalarının azaldılmasını yüngülləşdirilməsini xahiş edib.
Agentliyin bildirdiyinə görə, bu saydan 919 məhkum tamamilə əfv edilib, daha 1189 məhkumun cəzası azaldılıb və ya yüngülləşdirilib.
Məlumata görə, bu şəxslərin bir hissəsi cəzalarının bir hissəsini çəkdikdən sonra azadlığa buraxılacaq və həbs cəzası cəriməyə çevrilənlərin işləri cərimələri ödədikdən sonra bağlanacaq.
Qeyd edək ki, bundan əvvəl Ejei İranda baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslərin əfv siyahısına daxil edilməyəcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top