
Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R. Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Qeyd olunur ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Tətbiqimizi yükləyə bilərsiniz