
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı bundan öncə etdiyi səfər zamanı əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, artıq yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq “Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyib:
“Gömrük əməkdaşı tərəfindən vətəndaş “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zaman həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”.
Tətbiqimizi yükləyə bilərsiniz