
Çeçenistan rəhbəri Ramzan Kadırov böyük oğlu Axmat Kadırova yeni bir vəzifə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Axmat Kadırov “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Axmat Kadırov təhsil üzrə kurator təyin edilib.
İndi o, baş nazirin müavini vəzifəsini icra etməklə yanaşı, Çeçenistanın təhsil sektoruna da nəzarət edəcək.
“Təhsil həmişə cəmiyyətimizin və dövlətimizin inkişafının təməl daşlarından biri olub və belə də olacaq”, - Axmat Kadırov yeni təyinatı ilə bağlı qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz