İran ABŞ ilə nüvə danışıqlarının formatını dəyişməyəcək


Tehranın İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqların formatını dəyişmək planı yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
O, gələcək danışıqların da eyni formatda aparılacağını qeyd edib.
“Əlbəttə ki, növbəti raundların vaxtı və yeri ilə bağlı razılıq olarsa...” - diplomat əlavə edib.
Qeyd edək ki, keçən cümə günü Məskatda ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar baş tutub. ABŞ Prezidenti Donald Tramp danışıqların yaxşı keçdiyini və həftə ərzində davam edəcəyini bildirib.
Bazar ertəsi günü məlumatlı bir İran mənbəsi “İran və ABŞ arasında yüksək səviyyədə etimadsızlığa” baxmayaraq, danışıqların müsbət keçdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top