Prezidentin sədr təyin etdiyi Azər Mursaqulov kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, Pezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, o, 1981-ci ildə ildə anadan olub.
2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetinin Biznesin İdarəedilməsi fakultəsindən məzun olub və həmin il ABŞ-nin Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.
2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru təyin olunub.
2020-ci ilin avqust ayından isə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin (İH) üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top