“Real Madrid” və “Barselona”nın əfsanələri qarşı-qarşıya gəlib – Video


“Real Madrid” və “Barselona” klublarının əfsanələri yoldaşlıq oyunu keçirib.
Yeniavaz.com
xəbər verir ki, oyun Kosta Rikada baş tutub.
Madridlilər 2-0 hesabı ilə qalib gəlib.
Hesabı 24-cü dəqiqədə Nunyes açıb. İkinci qolu isə 27-ci dəqiqədə Quti vurub.
“Real Madrid” əfsanələrinin heyətində aşağıdakılar çıxış edib: Kasilyas, Nunyes, Pepe, Konqo, Balboa, Kampo, Quti, Bravo, Sans, de la Red, Makelele, Olalya, Aqus, Kontreras, Barral və Moral.
“Barselona” əfsanələrini isə aşağıdakılar təmsil edib: Bayya, Montoyya, Puyol, Valiente, Navarro, Mendyeta, Krosas, Koku, Jyuli, Rivaldo, Ronaldinyo, Anqoy, Fontas, Okunovo, Rojer, Trasorras, Nolito və Saviola.

DİGƏR XƏBƏRLƏR

Top