Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər


Portuqaliya millisi Joze Mourinyonu milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, təklif Roberto Martinesin müqaviləsi başa çatdıqdan sonra veriləcək. Belə ki, Martinesin müqaviləsi 31 iyul 2026-cı ildə başa çatır.
Mourinyo hazırda Lissabonun “Benfika” komandasına rəhbərlik edir. 63 yaşlı məşqçinin klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Portuqaliya millisi Dünya Çempionatına uğurla vəsiqə qazanıb. Portuqaliyalılar 6 oyundan sonra 13 xal toplayaraq, F qrupunda birinci yeri tutublar. Bu, Portuqaliya millisinin Dünya Çempionatında ardıcıl 7-ci dəfə iştirak etməsi deməkdir. Komanda finala vəsiqə qazanmaq üçün Macarıstan, İrlandiya və Ermənistan milliləri ilə mübarizə aparıb.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top