“Opta” Premyer Liqanın əsas favoritlərini açıqladı


“Opta” superkompüteri Premyer Liqa komandaları arasında İngiltərə çempionluğuna əsas namizədləri açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, siyahıda Londonun “Arsenal” komandası liderdir.
“Topçular”ın titulu qazanmaq imkanları 91,41% olaraq qiymətləndirilir.
“Mançester Siti” isə 7,09%-lə ikinci yerdədir və liderdən 10 dəfədən çox geri qalır.
İlk üçlüyü isə 1,36%-lə Birmingemin “Aston Villa” komandası tamamlayır.
Qeyd edək ki, “Arsenal” hazırda 56 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın komandası ikinci yeri tutan “Mançester Siti”ni 6 xal qabaqlayır (50 xal). “Aston Villa” isə 47 xalla üçüncü yüri tutur.

DİGƏR XƏBƏRLƏR

Top