Nəriman Axundzadə ABŞ klubuna transfer olundu


Nəriman Axundzadə ABŞ klubuna transfer olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb.
“Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top