
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinatlar olub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Komitə sədri Şahin Bağırov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz