Ronaldo boykotu dayandırdı


Beşqat “Qızıl top” mükafatçısı Kriştianu Ronaldo “Əl-Nəsr”in məşqlərinə qayıdıb və Səudiyyə Ərəbistanı Premyer Liqasının növbəti oyununda “Əl-Fateh”ə qarşı oynayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, həm portuqaliyalı oyunçuya, həm də klub əməkdaşlarına ödənilməmiş əmək haqqı ödənilib.
Qeyd edək ki, Ronaldo milli çempionatda komandasının son iki oyununu buraxıb. Buna səbəb oyunçunun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən, xüsusilə də, eyni təşkilat tərəfindən idarə olunan rəqiblərlə müqayisədə onun klubuna qarşı daha az diqqət və resurs ayırmasından narazı olması idi.
Xatırladaq ki, “Əl-Nəsr” klubu 20 oyundan sonra 49 xalla Səudiyyə Ərəbistanı Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. O, lider “Əl-Hilal” klubundan cəmi bir xal geridə qalır.
“Əl-Nəsr” və “Əl-Fateh” arasında oyun fevralın 14-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top