
ABŞ Prezidenti Donald Tramp aprelin ilk həftəsində Çinə səfər etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Ən azı üç mənbə nəşrə Trampın Çin Prezidenti Si Cinpinlə görüşünün aprelin əvvəlində Pekində baş tutacağını təsdiq edib.
Qeyd edək ki, Tramp bundan əvvəl 2026-cı ilin aprel ayında Çinə səfər etməyi planlaşdırdığını bildirmiş, Si Cinpinin isə ilin sonuna qədər Vaşinqtona cavab səfərini gözlədiyini qeyd etmişdi.
Xatırladaq ki, Tramp və Si Cinpin arasında son telefon danışığı ötən həftə baş tutub.
Dövlət başçıları arasında son görüş 2025-ci ilin oktyabr ayında Busan şəhərində Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammiti çərçivəsində keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz