
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları (PUA) alıb.
Yeniavaz.com xəbər verir ki, bu barəzə Baş nazir İrəvanda ABŞ vitse-prezidenti J.D. Vens ilə danışıqlardan sonra bildirib.
Paşinyan deyib ki, dronlar uzunmüddətli hərbi əməkdaşlıq və üç ildir davam edən “Qartal Tərəfdaş” təlimlərinin bir hissəsi olaraq əldə edilib.
O, bu PUA-ların geniş əməliyyat təcrübəsinə malik olduğunu və Ermənistanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracağını bildirib.
Vens öz növbəsində əlavə edib ki, iki ölkə kəşfiyyat dronlarının təchizatı üçün 11 milyon dollarlıq müqavilə imzalayıb.
Qeyd edək ki, ABŞ hərbi PUA-larının alınması barədə məlumat ilk dəfədir verilir.
Tətbiqimizi yükləyə bilərsiniz