Günəşdə güclü partlayış oldu


Bazar ertəsi səhəri Günəşdə sonuncu güc sinfinə (M) aid partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Alimlərin məlumatına görə, saat 6:27-də 4366 günəş ləkəsi qrupunda (N17W56) rentgen diapazonunda M2.8 sinif partlayışı qeydə alınıb. Onun müddəti 30 dəqiqə olub.
Xatırladaq ki, ötən gün, fevralın 8-i sonuncu güc sinfinə aid iki Günəş partlayışı baş verib. Birincisi, səkkiz dəqiqə davam edən M1.8 partlayışı, saat 15:18-də, ikincisi, 28 dəqiqə davam edən M1.7 partlayışı isə saat 15:43-də qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top