
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti J.D. Vens İrəvanda görüşüblər.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində o və Paşinyan təkbətək və geniş formatda görüşüblər.
Təkbətək görüşdən sonra Paşinyan və Vens “Ermənistan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə Bəyanat”ı imzalayıblar.
“Bu saziş Ermənistan və ABŞ arasında enerji tərəfdaşlığının dərinləşdirilməsində yeni bir fəsil açacaq və təhlükəsiz və innovativ texnologiyaların tətbiqi yolu ilə Ermənistanın enerji resurslarının şaxələndirilməsinə töhfə verəcək”, - Paşinyan bildirib.
O, həmçinin nüvə təhlükəsizliyi sahəsində Ermənistana uzun müddətdir verdiyi dəstəyə görə ABŞ-yə minnətdarlığını bildirib. Paşinyan qarşılıqlı prioritet sahələrdə gələcək əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz