“Barselona”nın prezidenti Laporta istefa verdi


“Barselona” prezidenti Joan Laporta və “Barselona” idarə heyətinin qalan üzvləri növbəti müddətə namizədliyini irəli sürmək üçün istefa veriblər.
Yeniavaz.com
xəbər verir ki, bu prosedur Kataloniya klubunun prezident seçkilərindən əvvəl məcburidir.
“Prezident Joan Laporta növbəti müddətə namizədliyini irəli sürmək üçün istefa verib. Bu istefa rəsmi olaraq bazar ertəsi günü keçirilən Direktorlar Şurasının növbəti iclasında qəbul edilib və seçki bildirişi rəsmi olaraq dərc edilib. Bu istefalardan sonra Direktorlar Şurası qalan müddətdə vəzifəsini davam etdirəcək”, - klubun mətbuat xidməti bildirib.
Kataloniya klubunun yeni prezidenti üçün seçkilər 15 martda keçiriləcək və qalib rəsmi olaraq 1 iyulda vəzifəsinin icrasına başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top