“Vensin Azərbaycana səfəri əməkdaşlığın genişləndirilməsinə dair öhdəliyi təsdiqləyir” − Səfirlik


ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu həftə Azərbaycana səfər edəcək:
“Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir”.

DİGƏR XƏBƏRLƏR

Top