
ABŞ vitse-prezidenti J.D. Vens, həyat yoldaşı Uşa Vens və 3 uşaqlarının göyərtəsində olduqları təyyarə İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanına eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl onu müşayiət edən başqa bir ABŞ hökumətinin təyyarəsi Ermənistanın paytaxt hava limanına eniş edib.
ABŞ vitse-prezidentini Ermənistan parlamentinin spikeri Alen Simonyan qarşılayıb.
Qeyd edilib ki, amerikalı siyasətçinin gedəcəyi Abovyan küçəsindəki “Aleksandr” otelinin ətrafı polis və təhlükəsizlik işçiləri tərəfindən mühasirəyə alınıb.
Xatırladaq ki, Vensin səfəri fevralın 9-dan 10-dək davam edəcək. Bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ vitse-prezidenti ilə görüşəcək və onlar bəyanatlarla çıxış edəcəklər. ABŞ vitse-prezidenti İrəvandan sonra Bakıya gələcək. Onun Azərbaycana səfəri fevralın 10-dan 11-dək davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz