Laporta istefa verdi


İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta vəzifəsindən istefa verib.
Yeniavaz.com
klubun rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qərar İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Məlumata görə, o, martın 15-də keçiriləcək seçkilərdə iştirak etmək üçün vəzifəsindən istefa verib.
Onunla birlikdə nizamnaməyə uyğun olaraq, idarə heyətinin bir neçə üzvü də istefa verib.
Beləliklə, Laporta bundan sonra seçki kampaniyasına hazırlaşmağa başlayacaq. Səsverməyə beş həftə qalmış o, yenidən tərəfdarlarının etimadını qazanmağa çalışacaq.
30 iyun tarixinə qədər isə klubun idarəetməsini prezident Rafael Yuste, vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro və digər İdarə Heyəti üzvləri həyata keçirəcək.
Qeyd edək ki, hazırda “Barselona” klubunun prezidentliyinə namizədliyini irəli sürən üç namizəd var. Viktor Font son seçkilərdə ikinci yeri tutduqdan sonra Laportanın əsas rəqibidir. Həmçinin, beş il əvvəl namizəd olan, lakin seçkilərdə iştirak etmək üçün kifayət qədər imza toplaya bilməyən Xavi Vilaxoana da namizəddir. “Barselona” klubunun prezidentliyinə üçüncü namizəd isə Mark Siriadır.
Xatırladaq ki, “Barselona” klubu hazırda İspaniya La Liqasında 54 xalla turnir cədvəlində birincidir.

DİGƏR XƏBƏRLƏR

Top