
Türkiyədə idman şərhçisi və keçmiş futbol hakimi Erman Toroğlu ilə bağlı istintaq başladılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, o, 8 fevral 2026-cı ildə televiziya proqramında səsləndirdiyi fikirlərlə əlaqədar Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə “yanlış məlumatı açıq şəkildə yaymaq”da ittiham olunur.
İstintaq başa çatdıqdan sonra Toroğlu məhkəmə baxışı tələbi ilə növbətçi Sülh Cəza Məhkəməsinə göndərilib.
Məlumata görə, Toroğlu televiziya proqramında “Qalatasaray” klubunun prezidenti Dursun Özbekin federasiya prezidenti ilə gizli görüşündə “Bu il çempion olmalıyıq, vəziyyət çox pisdir, bizə kömək edin”, - dediyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz