
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/26 mövsümündə Çempionlar Liqasının pley-off və final mərhələsində istifadə ediləcək topu təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırkı turnirin finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
Yarışın həlledici oyunu 30 may 2026-cı ildə baş tutacaq.
Topu “Adidas” şirkəti hazırlayıb.
Qeyd edək ki, hazırkı UEFA Çempionlar Liqasının çempionu Fransanın “Pari Sen Jermen” (PSJ) komandasıdır.
Keçən ilki finalda parislilər “İnter Milan”ı 5-0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə kuboku qazanıblar.
Xatırladaq ki, bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsi fevralın sonunda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz