Tramp Qrenlandiya, Kanada və Venesuelanı ABŞ-yə “qatdı” – Foto


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində Qrenlandiya, Kanada və Venesuelanın ABŞ-nin bir hissəsi olduğunu göstərən xəritə ilə bir şəkil dərc edib.
Yeniavaz.com
xəbər verir ki, süni intellekt tərəfindən hazırlanan şəkildə Amerika liderinin Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də daxil olmaqla Avropa liderləri ilə görüşü göstərilir.
Arxa planda Qrenlandiya, Kanada və Venesuelanın Amerika bayrağının rənglərində ABŞ ərazisi kimi qeyd olunduğu xəritə görünür.
Amerika lideri şəklə əlavə olaraq heç bir şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top