
İspaniya çempionu “Barselona”nın ispaniyalı cinah oyunçusu Lamin Yamal İspaniya “La Liqa”sının 24-cü turunda “Malyorka”ya (3-0) qarşı qol vuraraq, 21-ci əsrdə Avropanın 19 yaşa qədər futbolçuları arasında ən çox qol vuran oyunçu olub.
Yeniavaz.com xəbər verir ki, hazırda onun hesabında 24 qol var.
Bu göstəriciyə görə, Yamal “Monako” və PSJ-də 23 qol vuran fransız hücumçusu Kilian Mbappeni geridə qoyub.
İlk 10-luğa həmçinin, Ueyn Runi (15), Valeri Bojinov (14), Ansu Fati (13), Yussufa Mukoko (13) və Florian Virts (13) də daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz