
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən 2026-cı ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi “Səma Mətbuat Yayımı” MMC olub.
Qalib şirkət 2026-cı il ərzində Müdafiə Nazirliyinə 12 adda qəzet satacaq və qarşılığıda 156 min 889 manat 92 qəpik alacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyi əvvəlki illərdə də qəzet və jurnalları “Səma Mətbuat Yayımı” MMC-dən satın alıb. 2025-ci ildə satın alınan qəzet və jurnallar üçün 157 min 920 manat 48 qəpik, 2024-cü ildə isə 157 min 644 manat 72 qəpik ödəyib.
Onu da qeyd edək ki, Müdafiə Nazirliyi 2023-cü ildə satın alacağı qəzetlərlə bağlı tender elanı verən zaman 34 adda qəzet və jurnal alacağını açıqlamışdı. Həmin vaxt Müdafiə Nazirliyinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb. Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə 2022-ci ildə Yeniavaz.com saytı məlumat yayıb. Bu məlumat yayıldıqdan sonra (növbəti ildə) Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.
Son 4 ildə Müdafiə Nazirliyinin satın aldığı və satın almaq istədiyi qəzetlərin adları və sayı belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz