
“Mançester Yunayted” klubu bu yay klubdan ayrılacağı gözlənilən Karlos Enrike Kazemironun yerinə “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, italyan yarımmüdafiəçi “Mançester Yunayted”in əsas transfer hədəfləri arasındadır.
“Mançester Yunayted” Tonali ilə yanaşı, “Nottingem Forest”dən Elliott Anderson və “Kristal Pelas”dan Adam Uortonla da maraqlanır.
Nəşrin məlumatına görə, “Nyukasl” Tonalinin transferi üçün təxminən 100 milyon funt sterlinq tələb edə bilər.
Qeyd edək ki, Kazemiro bundan əvvəl bu mövsümün onun üçün “Mançester Yunayted”də sonuncu mövsüm olacağını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz